Yeni hipersəs raketi
08:11 7 aprel 2021

Yeni hipersəs raketi

Yeni hipersəs raket sınağı UĞURSUZ OLDU

“ARRW” proqramı çərçivəsində ABŞ-ın yeni hipersəs raketinin sınağı uğursuzluqla başa çatıb. 

APA xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, Kaliforniya sahillərində Sakit Okean üzərində aparılan sınaq zamanı raket atış zamanı bərkidildiyi “B-52” bombardmançı təyyarədən ayrılmayıb. 

Sınağın uğursuz alınmasına baxmayaraq, ABŞ Hərbi Hava Qüvvələrinin Logistika Komandanlığının sözçüsü briqada generalı Hit Kollins qeyd edib ki, yaranan boşluqların, problemin öyrənilməsi üçün əvəzsiz məlumatlar əldə edilib.

 

# 576
avatar

Oxşar yazılar