Yaponiyada Nanmadol qasırğasından zərər çəkənlərin sayı 120 nəfəri keçib.
Lent.az-ın xəbərinə görə, bu barədə NHK telekanalı məlumat yayıb. Təbii fəlakət nəticəsində 2 nəfər ölüb, 2 nəfər itkin düşüb.
Hazırda qasırğa Sakit okean sahili boyunca 75 km/saat sürətlə irəliləyir. Küləyin sürəti episentrdə bəzən 35 m/saniyəyə çatır. Ölkənin əksər ərazilərində sürüşmə və daşqın riski mövcuddur. Bəzi prefekturalarda leysan yağıb.