Yaponiya sahillərində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Lent.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Miyako adasındakı Hirara şəhərindən 12 km cənub-qərbdə, 36 km dərinlikdə yerləşib.
Dağıntı və sunami təhlükəsi barədə məlumat yoxdur.