Seysmoloqlar Yaponiyanın şərqində 4,4 bal gücündə zəlzələ qeydə alıblar.
Lent.az-ın məlumatına görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Təşkilatın məlumatına görə, yeraltı təkanlar 35 mindən çox insanın yaşadığı Funaşikava şəhərindən 3,4 km aralıda qeydə alınıb.
Zəlzələnin ocağı 70,4 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilmir.