Yaponiya Rusiya Federasiyasına mühərrikinin həcmi 1,9 litrdən çox olan avtomobillərin ixracını qadağan edə bilər.
Lent.az xəbər verir ki, bunu Yomiuri qəzeti yazır.
Bildirilir ki, müvafiq qərar avqustun əvvəlində qüvvəyə minə bilər. Bundan əlavə, Yaponiya hakimiyyəti Rusiyaya elektromobil və hibridlərin ixracını tamamilə qadağan etməyi gözləyir.