Afinada İqlim Böhranı və Mülki Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası zamanı baş verən qarşıdurmada 12 polis və 2 yanğınsöndürən yaralanıb.
Lent.az xəbər verir ki, bu barədə Afina Makedoniya Xəbər Agentliyi (ANA-MPA) məlumat yayıb.
Qarşıdurma zamanı polis gözyaşardıcı qazdan istifadə edib, yanğınsöndürənlər isə asayiş keşikçilərinə müxtəlif əşyalar atıblar.
Yunan polisi etiraz edən mövsümi yanğınsöndürənlərin mitinqini dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.