Zimbabvedə təhsil haqqını mal-qara ilə ödəyəcəklər
20 aprel 2017 06:50 (UTC +04:00)

Zimbabvedə təhsil haqqını mal-qara ilə ödəyəcəklər

Zimbabvenin təhsil naziri Lazarus Dokora övladlarının təhsil haqqını ödəyə bilməyən valideynlər üçün yeni qərar verib.

 

Lent.az-ın “trend”-ə istinadən xəbərinə görə, nazir həmin valideynlərin pul əvəzinə ödənişi ev heyvanları ilə edə biləcəklərini açıqlayıb. O, həmçinin qeyd edib ki, əgər hansısa valideynin ustalıq və bu kimi məktəbə lazım ola biləcək peşəsi varsa, təhsil haqqını həmin işlərlə də ödəyə bilər.

 

Qeyd edək ki, nağd pul sıxıntısının yaşandığı Zimbabvedə banklar da oxşar yola əl atıblar. Bankların qarşısındakı uzun növbələri aradan qaldırmaq üçün ötən həftə vətəndaşların kredit borclarını iri və xırda buynuzlu heyvanlarla ödəyə bilmələri haqqında qərar qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 145
avatar

Oxşar yazılar