Zimbabvenin maliyyə naziri Tendai Biti dövlət xəzinəsindəki pulla bağlı sensasiyalı açıqlama verib.
Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, o, deyib ki, hər ay məmur maaşları ödənildiyindən «xəzinədə 217 dollar» qalıb.
Nazir beynəlxalq ictimaiyyəti ölkəsinə maliyyə yarıdım etməyə çağırıb.
Bitinin bəyanatına əsasən, yanvar üçün maaşların dövlət gəlirlərini tükəndirib:«Qarşıdan gələn Anan Yasa referendum və seçkilər üçün 200 milyon dollar lazımdır. Bu məbləğin toplanmasından ötrü bizə beynəlxalq dəstək lazımdır».
Maliyyə məsələləri üzrə mütəxəssislər nazirin olayı «şişirtdiyini» söyləyib. Onların qənaətincə, gəlir vergisi, sosial təminatla bağlı ödəmələr, yaxud ölkə üzrə pullu yollardan gələn gündəlik gəlirlər hesabına dövlət xəzinəsini «həmən doldurmaq mümkündür».
Zimbabvedəki durumun «yeni bir şey olmadığına» işarə edən mütəxəssislərə görə, başqa bir yandan ölkədə qazanıldığından çox ödəmə edilir və «borc bel bağlanılır».
Zimbabvedə «ən böyük işverən» dövlətdir. Bu ölkədə məmurlara dövlət gəlirlərinin 70 faizinin verildiyi iddia olunur.