Rusiya ABŞ-la münasibətləri inkişaf etdirməkdə maraqlıdır.
APA-nın xəbərinə görə, bu barədə Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Yahoo!News” internet portalına müsahibəsində bildirib.
“Donald Tramp ölkəni idarə etməyə təzə başlayıb. Ona şans verin. Biz münasibətlərin pisləşməsinə yönələn addımlar atmamışıq. Rusiya müxtəlif sahələrdə ABŞ-la münasibətləri inkişaf etdirməkdə maraqlıdır. Münasibətlərimiz yaxşılaşması xalqlarımızın mənafeyinə uyğundur”, deyə M.Zaxarova qeyd edib.