Yunanıstanı şoka salan olay
14 yanvar 2013 13:09 (UTC +04:00)

Yunanıstanı şoka salan olay

Baş nazirin otağı atəşə tutulub

 

Bu gecə Yunanıstanın paytaxtı Afinada hakimiyyətdəki Yeni Demokratiya Partiyasının baş qərargahına silahlı hücum olub.

Lent.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, gecə saat 2:30 radələrində motosikletdə olan iki nəfər binanı “Kalaşnikov” avtomatından atəşə tutub.

Ölən və yaralanan olmayıb. Baş nazir Antonis Samarasın otağı da hədəf olub. Yunanıstan hökumətinin sözçüsü Simos Kedikoglu deyib ki, indiyə qədər ölkədə belə bir hadisə baş verməyib, bu, baş nazirə atılan simvolik bir güllədir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1174
avatar

Oxşar yazılar