Yıldırım: “Türkiyə-Aİ münasibətləri ən pis həddədir”
26 aprel 2017 06:49 (UTC +04:00)

Yıldırım: “Türkiyə-Aİ münasibətləri ən pis həddədir”

“Ankara və Brüssel arasında münasibətlər son zamanlar  ən pis həddə çatıb”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin baş naziri Binəli Yəldərəm bildirib.    

 

“Aİ ilə münasibətlərimizson zamanlar ən aşağı nöqtəyə düşüb. AŞPA-nın qərarı tamamilə siyasi qərardır və reallığı əks etdirmir”, - deyə YIldırım qeyd edib.   

 

Qeyd edək ki, AŞPA ötən gün Türkiyənin monitorinq altına alınmasına dair qərar verib.

 

Türkiyə XİN-i AŞPA-nın qərarını qətiyyətlə pisləyərək təşkilatla münasibətləri yenidən nəzərdən keçirəcəyini istisna etməyib.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 198
avatar

Oxşar yazılar