Pakistan polisi yerli siyasətçini həbs etməyə səy göstərir. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, 22 nəfərin qətlində iştirakda şübhəli bilinir. Ehtimal edilir ki, ailə şaxələri arasında siyasi düşmənlik qətlin baş verməsi ilə nəticələnib.
İstintaq hesab edir ki, şübhəli Arsal Xan Xiçi Pəncabdan muzdlu aşpaza min dollar verərək, siyasətlə məşğul olan əmisi oğlunun evində yeməyə zəhər qatdırıb. Xiçi əvvəllər yerli seçkidə bu qohumuna uduzubmuş.
Siyasi rəqib evdə olmadığından həmin yeməyi yeyən evdəki başqa adamlar zəhərlənib.
Hazırda Dubayda olduğu ehtimal edilən Xiçi ona qarşı irəli sürülən ittihamı şərh etməyib.