Yəməndə ABŞ-a məxsus PUA vuruldu
01 oktyabr 2017 22:07 (UTC +04:00)

Yəməndə ABŞ-a məxsus PUA vuruldu

Yəmənin paytaxtı Sənada ABŞ-a məxsus pilotsuz uçuş aparatı (PUA) vurulub.

 

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, PUA-nın üsyançı husilər tərəfindən vurulduğu bildirilir. Kəşfiyyat uçuşu həyata keçirən aparat paytaxtının şimalında vurulub.

Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar  arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci ildən Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 240
avatar

Oxşar yazılar