Yaşlı qadının gözlərindən 27  linza çıxarıldı
26 iyul 2017 03:47 (UTC +04:00)

Yaşlı qadının gözlərindən 27 linza çıxarıldı

0

İngiltərənin Solihal Xəstəxanasının cərrahları katarakta cərrahiyyəsi üçün müraciət etmiş 67 yaşlı qadının gözlərindən əməliyyat zamanı 27 kontakt linza çıxarıblar.

 

AZƏRTAC “bbc.com” saytına istinadla xəbər verir ki, 35 ildir linzadan istifadə etdiyini söyləyən qadın bu vaxtadək gözlərində heç bir qıcıqlanmanın olmadığını deyib. O, linzaların cərrahi üsulla çıxarılmasından sonra gözlərindəki müsbət dəyişikliyi hiss etdiyini bildirib.

 

Oftalmoloqlar əvvəllər bu cür hadisə ilə qarşılaşmadıqlarını söyləyiblər. Onları ən çox təəccübləndirən yaşlı qadının bu vaxtadək gözündə ağrı və ya hər hansı rahatsızlıq hiss etməməsi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 420

Oxşar yazılar