Yaponiyanın baş naziri ABŞ prezidenti ilə telefonla danışıb
15 avqust 2017 06:36 (UTC +04:00)

Yaponiyanın baş naziri ABŞ prezidenti ilə telefonla danışıb

Yaponiyanın baş naziri Şinzo Abe ilə ABŞ-ın prezidenti Donald Tramp arasında telefon danışığı olub.

 

APA-nın məlumatına görə, bu barədə “Kyodo” agentliyi Yaponiya hökumətindəki mənbələrə istinadən xəbər verib.

 

Danışıqların təfərrüatı barədə hələlik məlumat verilmir. Ehtimala görə, əsas müzakirə mövzusu Şimali Koreya ətrafında vəziyyətin gərginləşməsi olub.

 

Son dəfə Şinzo Abe və Donald Tramp arasında telefon danışığı iyulun 31-də, KXDR-in növbəti raket sınağından sonra baş tutub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 247
avatar

Oxşar yazılar