Rusiyanın avqustun 12-də Cənubi Kuril adalarında hərbi təlimlərə başlaması Yaponiyanın etirazına səbəb olub. Lent.az-ın lenta.ru saytına istinadən məlumatına görə, Yaponiyanın baş naziri Sindzo Abe bu təlimləri qəbulolunmaz adlandırıb. O bildirib ki, Yaponiya Rusiyaya qarşı ciddi etiraz edəcək.
Bundan başqa Yaponiya xarici işlər naziri Rusiyanın Yaponiya ilə birgə təlimlərin aparılmasını qəbul etmədiyini bildirib.
Qeyd edək ki, Rusiyanın Cənubi Kuril adalarında mindən çox hərbçisi, 5 Mi-8 vertolyotu təlim keçir. Rusiyanın Müdafiə Nazirliyi həmçinin Kuril adalarında hərbi qurğuların modernləşdirilməsinə hazırlaşır.