Bu gün Yaponiyada ABŞ-ın atom bombalanması 68 illiyinə həsr olunan “Xirosimanı xatırlama” mərasimi keçirilib. Lent.az-ın rus mətbuatına istinadən məlumatına görə, mərasimdə Yaponiyanın baş naziri Shinzo Abe iştirak edib. O çıxışında bildirib ki, Yaponiya beynəlxalq tərəfdaşları ilə birlikdə dünyada nüvə silahlarının aradan qaldırılmasına çalışacaq: “Yaponiya hökuməti bu yolda daha üç qeyri-nüvə prinsiplər təsdiq edib”.
Xirosima Sülh Parkında keçirilən tədbirdə BMT Baş Assambleyasının sədri Vuk Yeremiç, eləcə də 70-dən çox ölkədən diplomatik nümayəndəliklərin üzvləri iştirak edib.
Qeyd edək ki, bundan 68 il əvvəl 1945-ci il, II Dünya müharibəsi vaxtında Amerika və Yaponiya arasında edən müharibədə ABŞ-ın “Amerika B-29” bombardmançı hərbi təyyarələri Polkovnik Paul Tibbets nəzarəti altında Yaponiyanın Xirosima vilayəti bombalayıb. Bambalanma zamanı vilayətə dörd ton uran bombası atılıb. Partlayış anında 100 min adam həlak olub, minlərlə insan sonradan radiasiya xəstəliyindən vəfat edib. Qurbanların sayı 140 mini ötüb. Yaponiyada minlərlə insan “hibakusya”, yəni “atom bombalama qurbanı” adlı xəstəlikdən hələ də əziyyət çəkir. Yaponiyadan verilən rəsmi məlumata görə, bu qurbanların sayı hazırda 201 mindən çoxdur.