Xəzəryanı ölkələr Xəzərdə kollektiv təhlükəsizlik sistemi yaradır
03 iyul 2015 22:42 (UTC +04:00)

Xəzəryanı ölkələr Xəzərdə kollektiv təhlükəsizlik sistemi yaradır

Rusiya  Hərbi Dəniz Qüvvələrinin (HDQ) baş komandanı Viktor Çirkov Azərbaycan, İran və Qazaxıstan  HDQ komandanları ilə Xəzər dənizində kollektiv təhlükəsizlik sisteminin yaradılması ilə bağlı oktyabrda Rusiyada məsləhətləşmələrin aparılmasına dair razılığa gəlib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə,  Xəzər dənizində kollektiv təhlükəsizlik sisteminin yaradılması məsələsi Sankt Peterburq Beynəlxalq Hərbi-Dəniz Salonu çərçivəsində admiral Çirkovun Azərbaycan, İran və Qazaxıstanın nümayəndə heyətləri ilə keçirdiyi işgüzar görüşü zamanı müzakirə olunub.  

 

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı tərəflər məşvərətçi orqan olacaq  Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələrinin Komandanları Komitəsinin təsis olunmasının və Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında Sazişin  imzalanmasının mümkünlüyünü müzakirə ediblər.    

 

“Rusiya  Hərbi Dəniz Qüvvələrinin baş komandanı Viktor Çirkov ilə görüş zamanı nümayəndə heyətləri qeyd olunan istiqamətlər üzrə bundan sonra da birgə işləməyə hazır olduqlarını bildiriblər və oktyabrda Rusiyada müvafiq məsləhətləşmələrin birinci raundunun keçirilməsinə dair razılığa gəliblər”, deyə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında qeyd olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 336

Oxşar yazılar

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23