Xamneyi ABŞ-ın təklifini rədd etdi
08 fevral 2013 10:32 (UTC +04:00)

Xamneyi ABŞ-ın təklifini rədd etdi

ABŞ vitse-prezidenti Co Bayden Vaşinqtonun Tehranla birbaşa müzakirələr apara biləcəyinə söyləməsinə İranın ali dini lideri ayətullah Əli Xamneyi cavab verib.

 

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Əli Xamneyi deyib ki, bəzi saf insanlar ABŞ-la müzakirələr aparılmasına müsbət yanaşa bilər.

 

Lakin İranın ali dini lideri müzakirələrin problemləri çözməyəcəyinə bildirib: “Bəziləri İranda ABŞ hakimiyyətinin yenidən qurulmasını istəyə bilərlər, ancaq İran xalqı buna qarşı çıxacaq”.

 

Qeyd edək ki, ABŞ başda olmaqla, Qərb ölkələri İranın nüvə proqramının sülh məqsədli olduğuna inanmır. Keçən həftə Co Bayden Vaşinqtonun Tehranla birbaşa dialoqa başlayacağını söyləyib, İran xarici işlər naziri Əli Əkbər Salehi də buna müsbət yanaşmışdı. Ancaq İranda son söz sahibi olan ayətullah Xamneyinin bu bəyanatı Tehranla Vaşinqton arasında dialoq başlayacağı ümidə son qoyub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 768
avatar

Oxşar yazılar