Vyetnam sakini planetin ən yaşlı qadını elan olunub
Dünya rekordları akademiyası 122 yaşlı Vyetnam sakini Nquen Txi Çunun Yer kürəsində ən yaşlı qadın olduğunu təsdiqləyib.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, bu yaxınlara qədər dünyanın ən yaşlı qadını yaponiyalı Misao Okava sayılırdı. O, bu il aprelın 1-də 117 yaşında vəfat edib. Bundan sonra titul amerikalı Gertrud Uiverə keçib. Lakin o da bu adı aldıqdan bir həftə sonra həyatını itirib.
“Vyetnam rekordları” təşkilatının sədri Le Çan Çıonq vyetnamlı Nquen Txi Çunun yaponiyalı Okavadan 5 yaş böyük olmasına baxmayaraq, onun yaşının yalnız indi rəsmən təsdiqini tapdığını deyib.
Nquen Txi Çunun şəxsiyyətini təsdiqləyən sənəddə onun 1893-cü il mayın 4-də anadan olduğu qeyd edilib. Xoşimin şəhərinin kənarında 75 yaşlı kiçik oğlunun ailəsi ilə birgə yaşayan qadın hələ ki, sağlamlığından şikayət etmir.
128