Venesuelada 50 etirazçı xəsarət alıb
21 may 2017 06:22 (UTC +04:00)

Venesuelada 50 etirazçı xəsarət alıb

0

Venesuela paytaxtında iğtişaşlar zamanı 46 etirazçı xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə paytaxtın Çakao rayonunun icra başçısı bildirib.  

 

“46 yaralı var, onlardan 30-u xəstəxanalara travma, 2-si yanıq xəsarəti, 11-qazdan boğulma, 1 qırma ilə yaralanma, daha iki nəfər isə hipertoniya ilə xəstəxanalara daxil olub”, - deyə icra başçısı  “Twitter” səhifəsində bildirib.

 

Qeyd edək ki, mayın 20-də müxalifət Venesuealada ən kütləvi etiraz aksiyaları təşkil edib. Etirazçıların ümumi sayı 160 mini keçib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 460

Oxşar yazılar