Polşanın paytaxtı Varşavada partlayış baş verib.
Trend RİA Novosti-yə istinadən xəbər verir ki, yaşayış binasında əldəqayırma bombanın partlaması nəticəsində bir nəfər həlak olub, bir nəfər isə xəsarət alıb.
Bildirilir ki, baş vermiş partlayış terakt hadisəsi hesab edilmir.
Faktla bağlı araşdırma aparılır.