Urmiya gölü ətrafında fəlakət zonası
14 yanvar 2013 09:55 (UTC +04:00)

Urmiya gölü ətrafında fəlakət zonası

 

Urmiya gölünün quruması nəticəsində 50 ətraf kənd tamamilə boşalıb.


 

APA-nın xəbərinə görə, bu barədə İran parlamentinə Urmiyadan deputat seçilmiş Nadir Qazipur məlumat verib.

 

Deputat bildirib ki, gölün quruması nəticəsində ətraf ərazilər yaşayış üçün yararsız vəziyyətə düşüb: “50 kəndin bir sakini də orada yaşamır. İnsanlar kəndlərini tərk etmək məcburiyyətində qalıblar. Urmiya tamamilə qurusa, ölkədə duz fırtınaları olacaq. Gölün yenidən canlandırılması üçün isə milyardlarla dollar vəsait lazımdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1768
avatar

Oxşar yazılar