Ulkaynada tanınmış jurnalistin işi ilə bağlı daha bir həbs qərarı
28 dekabr 2013 19:14 (UTC +04:00)

Ulkaynada tanınmış jurnalistin işi ilə bağlı daha bir həbs qərarı

 

 

Bu gün məhkəmənin qərarı ilə ukraynalı jurnalist Tatyana Çornovolun döyülməsi ilə bağlı beşinci şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, dekabrın 27-də saxlanılan Dneprodzerjinsk şəhərinin sakini mühafizə strukturunda çalışır. O, “Porsche Cayenne” avtomobili satın almaq üçün Kiyevə gəldiyini bildirib və ifadəsində Tatyana Çornovolun döyülməsində şəxsən iştirak etdiyini etiraf edib.

 

Xatırladaq ki, çərşənbə gecəsi tanınmış jurnalist Tatyana Çornovol öz avtomobilində hərəkət edərkən Borispoldan Kiyevə qədər onu təqib edən şəxslər tərəfindən döyülüb. Hüquq-mühafizə orqanları əvvəl “xuliqanlıq”, sonra isə daha sərt cəza nəzərdə tutan “ağır bədən xəsarəti yetirilməsi” maddələri ilə cinayət işinə başlayıb.

 

İstintaq araşdırmaları nəticəsində beş nəfər saxlanılıb. Həbs edilənlərin arasında “Porsche Cayenne” avtomobilinin sahibi Aleksandr Xramtsov da var. Eyni zamanda, axtarışda olan Sergey Kotenko həbs edilib. O, avtomobili satmaq istədiyini, döyülmə faktında isə onun tanımadığı müştərilərin əli olduğunu bildirib.

 

Bundan başqa, Sergey Kotenkonun böyük qardaşı Aleksandr və Andrey Nasikovski də saxlanılıb. S. Kotenko hadisədən sonra məhz A. Nasikovskinin evində gecələyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 924
avatar

Oxşar yazılar