Qərbi Ukraynada Çernovtsı şəhərindəki Universitetin tibbi fakültəsində baş vermiş partlayış nəticəsində bir nəfər həlak olub, ikisi yaralanıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ölkə Baş Prokurorluğunun saytında olayla bağlı bildirilib:«Faktla bağlı cinayət işi açılıb. O, ölkə baş prokurorunun nəzarəti altındadır».
Yerli hüquq-mühafizə orqanı partlayışın təşkilatçısı 62 yaşlı kişi həlak olub. Mənbənin məlumatına əsasən, o, ali məktəbin əməkdaşdır. Olay torpaq sahəsi ilə bağlı yaranmış münaqişə nəticəsində baş verib.