Üç uşaq anası dünya gözəli seçilib. Lent.az-ın məlumatına görə, Ekvadorda keçirilən “Dünya gözəli 2014” müsabiqəsinin qalibi Sank-Peterburqdan olan Yuliya İonina olub. 29 yaşlı Y. İoninanın şəxsi biznesi var və o “Gözəllik və mərhəmət” adlı xeyriyyə fondunun da rəhbəridir. Ən gözəl evli qadın nominasiyası üzrə müxtəlif ölkələrdən 40-a yaxın qadın iştirak edib.
Qeyd edək ki, “Dünya Gözəli” gözəllik müsabiqəsi 1985-ci ildən bəri hər il müxtəlif ölkələrdə keçirilir. Rusiya daha əvvəllər 2005 və 2009-cu illərdə də bu müsabiqənin qalibi olub.