Tutuquşu mağazadan oğurluqdan sonra həbsxanaya düşdü
Hollandiyanın Utrext şəhərinin polisi oğrunu onun tutuquşu ilə birlikdə həbs edib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, qanadlı məhbusla fotoşəkil polisin Instagram-akkauntunda paylaşılıb.
Polis nümayəndələri deyiblər ki, mağazada oğurluqla bağlı çağırışıa gediblər. Onlar oğrunu yerindəcə həbs edə biliblər. Cinayətkarın çiynində isə tutuquşu oturubmuş.
Oğrunu tutuquşu ilə təcridxanaya gətirəndə hüquq-mühafizə orqanları onlarda nə qəfəs, nə də quş üçün boş kamera olmadığını başa düşüblər.
Nəticədə tutuquşu sahibi ilə bir kameraya salıblar. Quş üçün su və ağ çörək gətirilib.
696