Bakıda kişi dənizdə batıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a bildirilib ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində, ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə qeydə alınıb.
Nazirliyin “112" qaynar telefon xəttinə 1 nəfərin meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Dalğıclar tərəfindən 30 yaşlı Allahverdiyev Seymur Sadiq oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.