Suriya məhkəməsi Bəşər Əsədə ölüm hökmü  çıxardı
11 avqust 2026 12:54 (UTC +04:00)

Suriya məhkəməsi Bəşər Əsədə ölüm hökmü çıxardı

0

Dəməşq Cinayət Məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsədi insanlıq əleyhinə cinayətlər, qətl və işgəncə ittihamları üzrə ölüm cəzasına məhkum edib.

Lent.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Bəşər Əsədlə yanaşın onun qardaşı Mahir Əsəd və keçmiş təhlükəsizlik rəsmisi Atef Nacib barəsində də ölüm hökmü verilib. Bəşər və Mahir Əsəd məhkəmədə qiyabi mühakimə olunub və onların beynəlxalq səviyyədə axtarışa verilməsi barədə qərar qəbul edilib.

Bəşər Əsədin əmisi oğlu Atef Nacib isə məhkəmədə şəxsən iştirak edib. O, 2011-ci ildə Dəraa vilayətində Siyasi Təhlükəsizlik İdarəsinin rəhbəri olub. Nacibə qarşı qətl, işgəncə və qətlə təhrik ittihamları irəli sürülüb.

Qeyd edək ki, Bəşər Əsəd 2024-cü ilin dekabrında hakimiyyətdən devrilib və daha sonra ailəsi ilə Suriyanı tərk edərək Rusiyaya qaçıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 140

Oxşar yazılar