Türkmənistanda prezidentlik üçün müddət 5 ildən 7 ilə qaldırılıb
14 sentyabr 2016 10:06 (UTC +04:00)

Türkmənistanda prezidentlik üçün müddət 5 ildən 7 ilə qaldırılıb

0

Türkmənistanda prezident seçilmək üçün nəzərdə tutulan yaş senzi ləğv edilib.

 

APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bundan başqa, prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb.

 

Bu, Türkmənistan parlamentinin qəbul etdiyi yeni Konstitusiyada əksini tapıb. 

 

Parlament yeni Konstitusiyanı sentyabrın 13-də yekdilliklə qəbul edib. Prezident Qurbanqulu Berdımuhəmmədov dərhal qanunu imzalayıb və sənəd qüvvəyə minib.

 

2008-ci ildə qəbul edilmiş köhnə Konstitusiyaya görə Türkmənistanda doğulmuş, bu ölkənin vətəndaşı olan, yaşı 40-dan 70-ə qədər şəxslər prezident seçilə bilərdi.

 

Artıq "yaşı 70-dən yuxarı olmayan" tələbi qanundan çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 339

Oxşar yazılar