Türkiyənin F-16-ları terrorçu PKK-nın düşərgələrini bombalayıb
14 yanvar 2013 21:18 (UTC +04:00)

Türkiyənin F-16-ları terrorçu PKK-nın düşərgələrini bombalayıb

İraqın şimalındakı Zap düşərgəsindən terrorçu PKK-a üzvlərindən ibarət böyük bir qrupun Türkiyəyə keçməyə cəhd etməsini aşkarlandıqdan sonra Türkiyə Hərbi-Hava qüvvələri İraq ərazisində hərbi əməliyyata başlayıb.

 

APA-nın CNNTürk-ə istinadən verdiyi məlumata görə, əvvəlcə kəşfiyyat xarakterli uçuşlar həyata keçirilib. Şübhələr təsdiq olunandan sonra 6 ədəd F-16 hərbi təyyarəsi, Hakkari vilayətinin Çukurcu qəsəbsi üzərindən keçərək, Şimali İraqda Zap, Haftanin və Metina bölgələrində aşkar edilən terror hədəflərini bombalayıblar.

 

Ümumilikdə indiyədək 18 hədəfin bombalandığı bildirilir. Əməliyyat başqa qırıcıların yardımı ilə davam edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 818
avatar

Oxşar yazılar