Türkiyəni qana çalxayan 22 nəfərin aqibəti
15 yanvar 2013 11:13 (UTC +04:00)

Türkiyəni qana çalxayan 22 nəfərin aqibəti

Diyarbəkirdə PKK terror təşkilatını quran 22 nəfərlik heyət 34 il ərzində dağılıb. Həmin 22 nəfərin bir çoxu öldürülüb, həbs edilib, bəzilərinin isə yaşayıb-yaşamadığı bilinmir.

 

Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, 1978-ci ildə qurulan terror təşkilatının lideri Abdulla Öcalan 1998-ci ildə Keniyada yaxalanıb, hazırda Türkiyədə həbsxanadadır.

 

Səkinə Cansız ötən həftə Parisdə Kürd İnformasiya Mərkəzində güllələnib. Ankarada ali məktəbdə oxuduğu dövrdə Abdulla Öcalanla evlənmiş Kəçirə Yıldırım Avropaya qaçıb, yaşayıb-yaşamadığı bilinmir. Əli Heydər Kaytan Abdulla Öcalan haqqında ilk dəfə araşdırma aparmağa başlayıb, Avropadan sonra PKK-nın Qəndil dağındakı düşərgəsinə gedib, terrorçulara siyasi təlim verir. Baki Karer terror təşkilatı daxilində edamdan qorxaraq İsveçrəyə qaçıb, hələ də Avropada yaşayır. PKK-nın ikinci şəxsi olan Cəmil Bayık PKK-nın rəhbər Şurasına seçilib, Şimali İraqda KCK İdarə Şurasının üzvüdür. PKK-nın qurulmasında önəmli rol almış Duran Kalkan terror təşkilatının “qara qutu”su sayılır, hazırda Qəndildədir.

 

PKK-nın Mərkəzi Komitəsinin üzvü olan Məzlum Doğan 1982-ci ildə 27 yaşında olarkən Diyarbəkir həbsxanasında özünü yandırıb. Ankara Hacettepe Tibb Universitetində oxuyarkən PKK sıralarına qatılmış Mehmet Hayri Durmuş da 1982-ci ilin iyun ayında özünü yandıraraq intihar edib. PKK-nın qurucuları sırasında yer almış Faruk ÖzdemirFerzande itkin düşüblər. PKK Mərkəzi Komitəsinin üzvü Abdullah Kumral Bekaa Vadisində terror təşkilatı tərəfindən öldürülüb. PKK Mərkəzi Komitəsinin ilk üzvlərindən olan Şahin Dönməz də 1990-cı ildə terror təşkilatı tərəfindən İstanbulda edam olunub. Bir dönəm PKK-nın Avropa üzrə məsul şəxsi olmuş Ali Çetnerin harada olduğu bilinmir. Hüseyn Tokgüler hərbi çevriliş dönəmində Avropaya qaçıb. PKK-nın qurucularından Ali Gündüz sonradan peşman olub, peşmanlıq qanunundan istifadə edərək azadlığa çıxıb, harada olduğu bilinmir.

 

PKK-nın qurucularından Rəsul Altınok Abdulla Öcalana qarşı müxalifətdə olması səbəbindən 1986-cı ildə Şimali İraqda öldürülüb. PKK-nın qurulduğu evin sahibi və terror təşkilatının qurucularından olan Seyfəddin Zoğurlu 1986-cı ildə bir atışmada öldürülüb. “Şoreş” ləqəbli Süphi Karakuş Abdullah Öcalanın əmri ilə Mahsum Korkmaz tərəfindən güllələnib. Səkinə Cansızla Diyarbəkir həbsxanasında nişanlanmış Mehmet Şener 1991-ci ildə terror təşkilatı tərəfindən öldürülüb. PKK-nın təsis qurultayına qatılmış Mehmet Turan 1979-cu ildə Mardində terror təşkilatının üzvləri tərəfindən edam olunub. PKK qurucularından Abbas Göktaş yaxalanıb, 1983-cü ildə etiraflar edib, peşmanlıq qanunundan faydalanaraq azadlığa çıxıb. Hazırda harada olduğu bilinmir.

 

Beləliklə, 34 il ərzində PKK-nın lideri Abdullah Öcalan yaxalanıb, PKK qurucularından 6 nəfəri terror təşkilatı daxilində edam olunub, 2 nəfəri peşman olub, 2 nəfəri həbsxanada intihar edib, 3 nəfəri itkin düşüb, 3 nəfəri Avropaya qaçıb, 1-i atışmada öldürülüb. PKK-nın qurucularından hazırda ikisi – Duran Kalkan və Cemil Bayık terror təşkilatında aktiv silahlı hərəkata rəhbərlik edənlər sırasındadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3101
avatar

Oxşar yazılar