[b]Türkiyədə ardıcıl beş zəlzələ[/b] - YENİLƏNİB
02 may 2017 01:26 (UTC +04:00)

[b]Türkiyədə ardıcıl beş zəlzələ[/b] - YENİLƏNİB

0

Türkiyənin Van vilayətində bir-birinin ardınca beş zəlzələ baş verib.

 

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar yerli vaxtla saat 20:09 və  21:47 arasında Van vilayətinin Gevaş rayonunda qeydə alınıb. Onlardan ən güclüsü 5,4 bal olub.

 

Dağıntı və zərərçəkən yoxdur.

 

Qeyd edək ki, ötən gün adıçəkilən ərazidə 4,5 bal gücündə zəlzələ olub.

 

***

 

Türkiyənin Van vilayətində 4,5 bal gücündə zəlzələ baş verib.

 

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 19:30-da qeydə alınan yeraltı təkanların episentri Van vilayətinin Gevaş rayonunda, ocağı isə 13 km dərinlikdə yerləşib.

 

Dağıntı və zərərçəkən yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 381

Oxşar yazılar