Türkiyədə 4,4 bal gücündə zəlzələ baş verib.
APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 03:19 qeydə alınan yeraltı təkanların episentri Bodrum və Datça rayonlarında, ocağı isə 9 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat yoxdur.