Türkiyənin Sivas vilayətində 4,0 bal gücündə zəlzələ olub.
APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 01:52-də baş verən zəlzələnin episentri Gölova rayonunda yerləşib.
Yeraltı təkanların Ərzincan vilayətində də hiss olunduğu bildirilir. Dağıntı və zərərçəkən yoxdur.