Türkiyədə yeni əməliyyat başladı: saxlanılanların sayı 100-ə çatacaq
07 yanvar 2014 15:42 (UTC +04:00)

Türkiyədə yeni əməliyyat başladı: saxlanılanların sayı 100-ə çatacaq

Türkiyənin İzmir Cümhuriyyət Prokurorluğunun təlimatı əsasında korrupsiya, tenderlərdə qanunsuzluq ittihamı ilə yeni həbslər həyata keçirilib.


 

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, İzmir Cümhuriyyət Prokurorluğu tərəfindən aparılan cinayət işi çərçivəsində bu gün səhər tezdən İzmir, İstanbul, Ankara, Van və Hatayda 25 nəfər saxlanılıb. Onların arasında Dənizçilik, Nəqliyyat və Kommunikasiya Nazirliyinin tabeliyində olan İzmir və İskəndərun limanlarının rəhbərləri, eyni nazirliyin Dövlət Dəmir Yolları İdarəsinin sabiq və indiki məmurları, iş adamları da var. Polis Dövlət Dəmir Yollarının Ankaradakı Baş İdarəsinin binasında axtarış aparıb.     

 

Dənizçilik, nəqliyyat və kommunikasiya naziri vəzifəsindən ayrılaraq AKP-dən İzmir böyük şəhər bələdiyyə başqanlığına namizədliyini irəli sürən Binəli Yıldırım olaya münasibət bildirib. O, əməliyyatın məhz indi – seçki ərəfəsində həyata keçirilməsinin diqqəti cəlb etdiyini söyləyib. Bəzi xəbərlərə görə, B. Yıldırımın bacanağı da həbs olunacaq. O, hazırda polis tərəfindən axtarılır. Əməliyyat çərçivəsində saxlanılanların ümumi sayının 100-ə çatacağı bildirilir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1613
avatar

Oxşar yazılar