Türkiyənin Elazığ vilayətində şəhər xəstəxanasının tikintisində kütləvi zəhərlənmə qeydə alınıb.
Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata əsasən, 40 nəfər xəstəxanaya yerləşdirilib.
İşçilərin vəziyyəti nahardan sonra pisləşib. Zəhərlənənlər Türkiyə vətəndaşlarıdır. Onların vəziyyəti yaxşıdır.