Türkiyənin İzmir şəhərində terror aktı hazırlamaqda şübhəli bilinən 6 nəfər saxlanılıb.
APA-nın “Hürriyət”-ə istinadən verdiyi xəbərə görə, İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər 1 may beynəlxalq Əmək günü teror aktı törətməyi planlaşdırıblar.
Həyata keçirilən əməliyyat nəticəsində polis İŞİD-ə aid olan xeyli sənəd aşkarlayıb. Faktla bağlı araşdırmalar davam etdirilir.