Türkiyənin cənub-şərqindəki Şırnak vilayətində PKK terrorçularına qarşı həyata keçirilən əməliyyat nəticəsində 2 silahlı məhv edilib.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Şırnak valiliyi əməliyyat haqqında rəsmi açıqlama yayıb.
Açıqlamada bildirilir ki, Silopi rayonu ərazisində hərbçilərlə terrorçular arasında atışma baş verib. Nəticədə 2 terrorçu öldürülüb. Hökumət ordusunda itkilər barədə məlumat verilmir.