Türkiyədə PKK-nın hücumu nəticəsində 4 polis şəhid oldu
03 sentyabr 2015 13:21 (UTC +04:00)

Türkiyədə PKK-nın hücumu nəticəsində 4 polis şəhid oldu

Türkiyədə PKK terror təşkilatının hücumu nəticəsində daha dörd polis əməkdaşı şəhid olub.

 

APA-nın xəbərinə görə, yola quraşdırılan partlayıcı qurğu içərisində polislərin olduğu avtomobil keçərkən partladılıb. Hadisə Mardin vilayətinin Darkeçid qəsəbəsində qeydə alınıb. Məlumata görə, terrorçular qəsəbədə tikintisi davam edən məktəbdə yanğın törədiblər. Hadisə yerinə zirehli avtomobillə gedən polislər yolda hücuma məruz qalıb və  nəticədə biri polis rəisi olmaqla 4 polis şəhid olub.

 

Şəhid olanlar polis rəisi, 45 yaşlı İbrahim Xəlil Aksoy, polis əməkdaşları - 29 yaşlı Akif Hatunoğlu, 31 yaşlı Mehmet Hüseyn Balta və 22 yaşlı Əhməd Akalındır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 195

Oxşar yazılar