Türkiyədə partiya həmsədrinin millət vəkili mandatlığı ləğv edilib. Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, parlamentdə əsasən kürdlərin təmsilçisi olan Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Figen Yüksəkdağ millət vəkili statusunu itirib. Türkiyə Böyük Millət Məclisinin qərarı məhkəmə tərəfindən təsdiqlənib və Figen Yüksəkdağın mandatı rəsmən ləğv edilib.
Qeyd edək ki, F.Yüksəkdağ PKK terror təşkilatının təbliği ittihamı ilə keçən ilin noyabrında həbs edilib.