Türkiyədə güclü zəlzələ baş verib.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin cənub-şərqində baş verən zəlzələ 5,8 bal gücündə olub.
Zəlzələnin Anadolu bölgəsində bir çox şəhərdə hiss edildiyi bildirilib. Dağıntı və ya insan itkisi barədə hələ ki, məlumat yoxdur.