Türkiyə hökuməti ölkədə fövqəladə vəziyyət rejiminin daha 3 ay uzadılmasına dair qərar verib.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ bildirib.
“Hökumət ölkədə fövqəladə vəziyyət rejiminin daha üç ay uzadılmasını qərara alıb. Müvafiq sənəd təsdiqlənmək üçün parlamentə göndərilib”, deyə B.Bozdağ nazirlər kabinetinin iclasında deyib.
Qeyd edək ki, fövqəladə vəziyyət rejimi ötən ilin iyulun 21-də, hərbi çevrilişə cəhddən sonra tətbiq olunub.