Türkiyədə fövqəladə vəziyyət rejimi uzadılacaq
17 aprel 2017 23:10 (UTC +04:00)

Türkiyədə fövqəladə vəziyyət rejimi uzadılacaq

Türkiyə Milli Təhlükəsizlik Şurası ölkədə fövqəladə vəziyyət rejimini daha 3 ay müddətinə uzatmağı tövsiyə edib.

 

APA-nın məlumatına görə, bu barədə Şuranın iclasının yekunları ilə bağlı yayılan açıqlamada bildirilir.

 

Hazırda qüvvədə olan fövqəladə vəziyyət rejimi aprelin 19-da başa çatır. Ölkədə fövqəladə vəziyyət rejimi ötən ilin iyulunda çevrilişə cəhddən sonra tətbiq edilib.

 

Bundan əvvəl Türkiyənin baş naziri Binali Yıldırım böyük ehtimalla fövqəladə rejimin iyuladək qüvvədə qalacağını bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 184
avatar

Oxşar yazılar