Türkiyənin Qaziantep şəhərində fabrikdə baş verən partlayışda ilkin məlumatlara görə 8 nəfər ölüb.
Qaziantep bələdiyyə sədri Asim Gözəlbəy, partlayış nəticəsində 6 işçinin hadisə yerində həlak olduğunu, 15 nəfərin isə yaralandığını bildirib. Yaralıların 2-si isə xəstəxanada keçinib.
A.Güzelbeyin bildirdiyinə görə, parlayış vaxtı 2 nəfər itkin düşüb.
Partlayışın səbəbləri hələlik bilinmir.