Türkiyədə dalbadal iki zəlzələ
22 aprel 2017 00:26 (UTC +04:00)

Türkiyədə dalbadal iki zəlzələ

Türkiyənin Manisa vilayətində bir-birinin ardınca iki zəlzələ baş verib.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, 4,9 bal gücündə ilk zəlzələ yerli vaxtla saat 16:09-da Selendi rayonunda qeydə alınıb. Onun ocağı 8,8 km dərinlikdə yerləşib.

 

İkinci zəlzələ yerli vaxtla 17:12-də Şahzadələr bölgəsində qeydə alınıb. 4.9 bal gücündə olan yeraltı təkanların ocağı 6,9 km dərinlikdə yerləşib.

 

Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 170
avatar

Oxşar yazılar