Türkiyədə AKP rayon təşkilatı başqan müavini Salih Kahramanın maşınına bomba yerləşdirilib.
Lent.az-ım “musavat.com”-a istinadən məlumatına görə, bombanın partlaması nəticəsində avtomobil yararsız hala düşüb, yaxınlıqdakı tikililərə isə ciddi ziyan dəyib.
Hadisə Hakkari rayonunda baş verib. Məlumata əsasən, Salih Kahramanın Kıran məhəlləsindəki evinin önündə dayanan maşınına naməlum şəxs və ya şəxslər tərəfindən bomba yerləşdirilib. Bomba partlayan zaman avtomobil dayanmış vəziyyətdə imiş və Salih Kahraman avtomobildə olmayıb.