Türkiyədə ABŞ konsulluğunun əməkdaşı saxlanıldı
25 fevral 2017 01:50 (UTC +04:00)

Türkiyədə ABŞ konsulluğunun əməkdaşı saxlanıldı

Türkiyənin Adana şəhərində ABŞ konsulluğunun əməkdaşı saxlanılıb.

 

“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, Həmzə Uluçay adlı şəxs Fəhlə Kürd Partiyası ilə əlaqədə, eləcə də Mardin şəhərinin sakinlərini PKK terror təşkilatının tərəfinə keçirməkdə şübhəli bilinir.

 

H. Uluçayın bir neçə il konsulluqda tərcüməçi işlədiyi bildirilir.

 

Polislər onu fevralın 22-də konsulluğun binasından çıxarkən tutublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 213
avatar

Oxşar yazılar