Türkiyədə 9 mindən çox polis işdən uzaqlaşdırıldı
27 aprel 2017 01:44 (UTC +04:00)

Türkiyədə 9 mindən çox polis işdən uzaqlaşdırıldı

Türkiyədə “Fətullahçı Terror Təşkilatı” (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində 9 103 hüquq-mühafizə orqan əməkdaşı işdən uzaqlaşdırılıb.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi və Təhlükəsizlik Baş İdarəsinin məlumatında bildirilir.

 

Onların FETÖ ilə əlaqəli olduqlarına görə vəzifələrindən uzaqlaşdırıldığı bildirilir.

 

Türkiyənin hərbi və məhkəmə-hüquq sistemində “Fətullahçı Terror Təşkilatı”na mənsub olduğu iddia edilən şəxslərə qarşı əməliyyatlar davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 205
avatar

Oxşar yazılar