Bu gün Türkiyədə ard-arda 5 partlayış baş verib.
Lent.az-ın Sözcü-ə istinadən məlumatına görə, Diyarbəkir-Mardin yolunda əsgərləri daşıyan avtomobil keçərkən partlayış baş verib. Partlayış zamanı 3 əsgər şəhid olub.
Qeyd edək ki, bu partlayış gün ərzində baş verən 5-ci hadisə sayılır.
Bu gün səhər saatlarında PKK terrorçuları daha 4 hücum təşkil ediblər. Hakkarinin Şemdinli qəsəbəsi Tekeli kəndində və Vanın Başkale qəsəbəsində terrorçular tərəfindən mina partladılıb. Şemdinlidə 4, Başkaledə isə ikisi ağır olmaqla 8 əsgər yaralınıb.
Adıyaman kəndində isə terrorçularla mühafizə xidmətçiləri arasında silahlı münaqişə yaşanıb. Silahlı münaqişə zamanı 1 çavuş yaralanıb.
Bundan başqa terrorçular Diyarbəkirin Kulp qəsəbəsində polis məntəqəsini güllə atəşinə məruz qoyublar.
Partlayış baş verən ərazilərdə geniş miqyaslı əməliyyatlar başladılıb.